Sabiq nazirə vəzifə verildi


20:06     04 Fevral 2016 Avez_Al_ekberov-1-big.jpg

Sabiq maliyyə naziri Əvəz Ələkbərova yeni vəzifə verilib.

O, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və maliyyə institutları kafedrasının müdiri təyin olunub. Bu haqda keçmiş nazir modern.az-a müsahibəsində deyib.

Əvəz Ələkbərov 1991-ci ilin dekabrından 1992-ci ilin oktyabrına kimi Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləyib. Oktyabr1992-ci ildən iyul 1999-cu ilə kimi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində çalışıb. İlk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir.

1999-cu ilin iyulundan 2006-cı ilin aprelinə kimi Azərbaycan Respublikasının maliyyə naziri olub. Respublikada iqtisadi siyasətin formalaşmasında, budcə-vergi, pul-kredit və sosial siyasətin təşəkkül tapmasında böyük səylər göstərib. O, çoxsaylı dövlət və hökümət komissiyalarının üzvü olub.

Azərbaycan–ABŞ dövlətlərarası iqtisadi komissiyanın həmsədri, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı və Asiya İnkişaf Bankının Azərbaycan üzrə müdiri olub. Azərbaycan və ABŞ iqtisadi əlaqələrinin qurulmasında işgüzar xidmətlər göstərib.

May 2000-ci ildən 2013-cü ilin iyununa qədər Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvüdür.

Femida.az

Açar sözlər:

Oxunub: 1822