İlham Əliyev Xorvatiya prezidenti ilə görüşüb


21:13     04 Fevral 2016 kroatia.PNG

Prezident İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Xorvatiya Respublikasının prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.


Femida.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə hər iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olunub.

Prezident İlham Əliyev böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 693