Jurnalisti maşın vurdu
18:39 05 Fevral 2016
“Trend” İnformasiya Agentliyinin müxbiri Samir Güləliyevi maşın vurub.
Bu barədə Lent.az-a jurnalist özü məlumat verib. Onun sözlərinə görə, hadisə 20 Yanvar metrostansiyasının yaxınlığında baş verib.
“Prado LAND CRUZER” markalı 10 VJ 266 dövlət nömrə nişanlı avtomobil sürətlə piyadalar üçün nəzərdə tutulmuş yerdə dayanan jurnalisti vurub.
S. Güləliyevi vuraraq yolun kənarına atan sürücü hadisə yerindən qaçıb.
Xəsarət alan Samir Güləliyev Respublika Kliniki Xəstəxanasına müraciət edib. Jurnalistin sol ayağı çatlayıb. S. Güləliyev ev şəraitində müalicə edilmək üçün evə buraxılıb.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə də məlumat verilib.
Oxunub: 819
Oxşar xəbərlər
- Jurnalistin atasını öldürən sürücüyə 5 il 6 ay həbs istənildi
- Jurnalistin ölümü ilə bağlı nekroloq
- Jurnalistin ölümü ilə bağlı nekroloq
- Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ
- Jurnalistin apellyasiya şikayəti təmin edilməyib
- Jurnalistikanın kafedra müdiri işdən çıxarıldı
- Jurnalistika ixtisası üzrə magistr olmaq istəyənlər üçün YENİ XƏBƏR
- Jurnalistika ixtisası üzrə magistr olmaq istəyənlər üçün YENİ XƏBƏR
- Jurnalistin pulunu oğurlayan tapıldı - FOTO
- Jurnalistin evini qarət edənlər hələ tutulmayıb