SOCAR əməkdaşlığı gücləndirir


18:44     05 Fevral 2016 soc.jpg

Bu gün SOCAR beynəlxalq seçmə müsabiqəsi nəticəsində Maire Tecnimont şirkəti ilə Yüksək Sıxlıqlı Polietelen zavodu layihəsinin həyata keçirilməsi çərçivəsində mühəndislik, təhcizat və tikinti üzrə sabit qiymətli Müqavilə imzalayıb.


Femida.az-ın məlumatına görə, müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və Maire Tecnimont şirkətinin İdarə Heyətinin sədri Fabritsio di Amato imzalayıblar. Mərasimdən öncə keçirilən görüşdə qeyd olunub ki, Bakı şəhərindən 30 kilometr aralıda, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavod Azərbaycan neft-kimya sənayesinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Müqaviləyə əsasən layihənin istismara verilməsinə qədər olan mühəndislik xidmətlərinin həyata keçirilməsi, avadanlıq və mal-materialların satınalınması, quraşdırılması və tikinti işləri Maire Tecnimont şirkəti tərəfindən həyata keçiriləcəkdir. Yüksəksıxlıqlı Polietilen (YSPE) Zavodunun Ineos Innovene S texnologiyası əsasında hər il 120 000 ton həcmində məhsul istehsal etməsi nəzərdə tutulur. Layihənin maliyyələşdirilməsini “Qazprombank” həyata keçirir.

İmzalanma mərasimində qeyd olunub ki, 2015-ci il aprel ayında Maire Tecnimont şirkətinin SOCAR tərəfindən YSPE layihəsi üzrə tenderin qalibi elan olunması və mühəndislik, təhcizat və tikinti üzrə sabit qiymətli Müqavilənin imzalanması Maire Tecnimont Qrupuna bəslənilən etimadın və verilən yüksək qiymətin təzahürüdür. Maire Tecnimont şirkətinin Baş İcraçı direktoru Pierroberto Folgiero isə bu etimadı Qrupun polyolefin sənayesində mühəndislik, tikinti sahəsi üzrə yüksək rəqabət qabiliyətinə göstərilən etimad kimi dəyərləndirib.

Açar sözlər:

Oxunub: 598