5 günlük uşağı yol kənarına atdılar


18:53     05 Fevral 2016 s-696.jpg

Sabirabad rayonunda sahibsiz çantada yeni doğulmuş uşaq tapılıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki "Padarçöl" adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb yaşadığı evə aparıb və fevralın 4-də onu Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 561