Valideynlərsiz dəfn olunan şəhidin həyat hekayəsi


19:42     05 Fevral 2016 1454657506.jpg


Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri 1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin dəfn mərasimində ailə üzvləri iştirak etməyib.


Femida.az-ın əldə etdiyi məlumata görə, dəfn mərasimində şəhidin dayıları, xalaları və rayon sakinləri iştirak ediblər.

Məlumata görə, şəhidin valideynləri o, uşaqkən ayrılıblar. Şəhid İmran Mirzəyev hərbi xidmətdən əvvəl anası və iki bacısı ilə birlikdə Türkiyədə Bursa şəhərində yaşayıb.Hərbi xidmətə çağırıldıqdan sonra Azərbaycana gəlib. Həmin müddətdə o dayısıgildə qalıb.

Femida.az xəbər verir ki, şəhid əsgərin anası Sevinc Gül dünən axşam saatlarında Azərbaycana gəlib. O oğlunun dəfnində iştirak edə bilməsə də şəhidin üç mərasimində iştirak edəcək.

Şəhidin atası Xudaverdi Mirzəyev isə ümumiyyətlə dəfnə qatılmayıb. O Azərbaycanın bölgələrindən birində yaşayır. İllər əvvəl ailəsi ilə əlaqəsini tamamilə kəsib.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7646


Oxşar xəbərlər