Şikayətçi vətəndaşa cavab gəldi – Rəsmi


15:43     02 İyun 2015 1898162_548265061976485_7711288488481172621_n.jpg

"Azəryolservis" ASC-i problemlə bağlı açıqlama verib


Dünən Ucar rayonu Gəraybəyli kənd sakini Cəbrayılova Gültəkin İnşallah qızı Femida.az-a ona məxsus təmir sexinin qanunsuz bağlanması ilə bağlı müraciət edib. Müraciətdə ona məxsus təmir sexinin bağlanmasına səbəb kimi "Azəryolservis" ASC -nin ərazidə apardığı təmir-tikinti işləri ilə bağlı olduğu göstərilirdi. Yaranmış problemlə bağlı "Azəryolservis" ASC nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Femida.az-a açıqlamasına yaranmış problemi belə şərh edib:

”Qeyd etdiyiniz təmir sexi tikinti sahəsindən kənarda yerləşir. Ona görə vətəndaşa kompensasiya ödənilməsi nəzərdə tutulmayıb. Qaldı ki, vətəndaşa məxsus sexə giriş-çıxışın çətinləşməsi məsələsinə. Onlara istənilən vaxt giriş-çıxış üçün şərait yaradılacaq. Bu gün onun əsas problem obyektə girişin çətinliyi məsələsidirsə, ona lazımı olan şərait yaradılacaq. Obyektin normal fəaliyyəti üçün bizim tərəfimizdən lazımı olan köməklik ediləcək.”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1303