Əmək yarmarkası keçirilib


21:33     05 Fevral 2016 59850555-8e97-4e32-b423-2e18fed974857.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı baş tutan yarmarkada 1500-dən çox vətəndaş özünə uyğun iş tapmağa çalışıb.


Femida.az-ın verdiyi məlumata görə, 60 təşkilat tərəfindən 700-dən yuxarı ixtisaslaşmış iş yerləri təklif edilən əmək yarmarkasında əmək haqqının məbləği 131 - 615 manat arasında dəyişib. 47-si dövlət, 13-ü özəl olan təşkilatlarda vakant yerlərin 318-i fəhlə, 248-i qulluqçu, 185-i isə xidmət sahəsinə aid olub. Bilik və bacarığına uyğun iş tapanlara müvafiq idarələrə göndərişlər verilib. Yarmarkanın keçirilməsində məqsəd qeyri-məşğul əhalinin münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə göndərilməsi, onların ixtisasdəyişmə və peşə hazırlıq kurslarına cəlb edilməsinə köməklik etməkdir.

Qeyd edək ki, yaxın günlərdə Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər sakinləri üçün daha bir əmək Yarmarkasının keçirilməsi planlaşdırılır.

Açar sözlər:

Oxunub: 928