Boksçumuz ölüm-dirim savaşına çıxacaq - FOTO


13:49     06 Fevral 2016 12650632_945218732231383_1860247524_n7.jpg


“Sabahkı döyüş 15 ilin həsrətdi. Boksa başlayanda məqsədim məhz bu titul uğrunda döyüşmək idi. Artıq həmin vaxt çatıb. Bu döyüşün təşkilinə görə şəxsi menecerimə və “Qəbələ” Idman Klubunun rəhbərliyinə təşəkkür edirəm”.


Femida.az-ın məlumatına görə, sözləri Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov sabah peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda Uqanda təmsilçisi Badru Lusambiaya qarşı keçirəcəyi döyüşdən öncə deyib.

F. Məmmədov boks həvəskarlarını sevindirmək üçün əlindən gələni edəcəyini qeyd edib: “Bu gün mən 1 yox. 2 Farizin adından vuruşacağam. “Qəbələ” Idman Klubunun vitse-prezidenti Fariz Nəcəfovu nəzərdə tuturam. Həm də onun üçün döyüşəcəm. Avqustdan hazırlıqlara start vermişik. Döyüşə çox ciddi yanaşıram. Bütün gücümlə vuruşacam. Bu, karyeramdakı ən vacib döyüşdü. Boks həvəskarlarını sevindirmək üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, döyüş bu gün saat 19:00- da Boks Federasiyasının yarış zalında ( Qafqaz Sport Otel) baş tutacaq. Giriş sərbəstdir.






Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2455