İlham Əliyev: “Bütün tərəflər məsuliyyəti dərk edir“


16:14     02 İyun 2015 aliyev.jpg

“Cənub Qaz Dəhlizinin icrasında Azərbaycan liderlik mövqeyini bir daha göstərib. Xəzər qazının Avropaya ixracı ilə bağlı uzun müddət müzakirə aparıldı və Azərbaycan Türkiyə ilə TANAP layihəsini imzalayaraq əsas addımı atdı”.

Bunu Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

O deyib ki, Cənub Qaz Dəhlizinin təməli qoyulub, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilib. Bu ilin mart ayında biz Türkiyədə TANAP layihəsinə start verdik. Cənub Qaz Dəhlizi indi reallıqdır, icra edilir. Əminəm ki, TANAP layihəsi 3 ildən sonra icra ediləcək və beləliklə, "Şahdəniz" qazı Türkiyə və Gürcüstana ixrac ediləcək.

İ.Əliyev TAP layihəsinin icrasında da problem yaşanacağına inanmadığını söyləyib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətini dərk edir. Burada heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki bundan hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin. Qarşımızda heç bir süni əngəl olmamalıdır. Yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatlara malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq”.

Açar sözlər:

Oxunub: 680