Sahibkarların işi asanlaşdı


21:30     06 Fevral 2016 sahibkarlar.jpg

İxrac malları üçün mənşə sertifikatı 1 günə veriləcək.


Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin 6 fevral 2016-cı il tarixində keçirilmiş Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.

Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 621