Tüfənglə atəş açdı, xəstəxanalıq oldu


21:41     06 Fevral 2016 tufeng.jpg

Goranboyda tüfənglə ehtiyatsız hərəkət rayon sakinini xəstəxanalıq edib.


Femida.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə fevralın 5-də Goranboy rayonunun “Korçay” adlandırılan otlaq sahəsində baş verib.

Rayon sakini Arif Ramazanov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ əməkdaşları tərəfindən hadisə yerindən ov tüfəngi götürülüb.

Açar sözlər:

Oxunub: 819


Oxşar xəbərlər