“Rusiya çətin vəziyyətdədir” - Medvedev


03:25     07 Fevral 2016 medvedev.jpg

““Vahid Rusiya” Partiyasının 2016-cı ildə keçiriləcək seçkilərdə qalib gəlməsi prinsipial olaraq əhəmiyyətlidir”.


Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev “Vahid Rusiya” Partiyasının qurultayında çıxışında deyib.

“Ölkə çətin vəziyyətdədir və səbəbləri məlumdur. Bizim şəxsi problemlərimiz çoxdur. Bizə hər tərəfdən təzyiq göstərirlər və “Vahid Rusiya” üçün məhz indi - sınaqlar və çətin qərarlar dövründə, həm də açıq siyasi mübarizədə qalib gəlmək prinsipial olaraq əhəmiyyətlidir”, - Medvedev bildirib.

Hökumət başçısı xatırladıb ki, partiya prezidentin siyasi resursudur və onun kursunun həyata keçirilməsində dayaq rolunu oynayır. Medvedevin fikrincə, “Vahid Rusiya” Dövlət Dumasının indiki çağırış müddətində effektiv, doğru və strateji qərarlar qəbul edə bilir.

Qeyd edək ki, Dövlət Dumasına növbəti seçkilər 18 sentyabr 2016-cı ildə keçiriləcək. 450 yerlik Dövlət Dumasının 225 deputatı birmandatlı dairələr üzrə, digər 225-i isə partiya siyahıları üzrə seçiləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1294