Ukraynada azərbaycanlı qətlə yetirilib - FOTO
20:34 07 Fevral 2016
Ukraynanın Odessa şəhərində əslən Azərbaycandan olan 32 yaşlı şəxs qətlə yetirilib.
Femida.az xəbər verir ki, bu barədə "Dumskaya" nəşrinə Baş Milli Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qətl ötən gün axşam saatlarında şəhərin Admiral prospektində yerləşən "Vımpel" barı yaxınlığında baş verib. Zərərçəkən döş qəfəsindən iki bıçaq yarası alıb.
"Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə cinayət işi başlanıb. Cinayətdə əli olan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür", — deyə polisindən bildirilib.
Şahidlərin sözlərinə görə, baş verənlər adi münaqişədən çox soyuqqanlı hesablaşmanı xatırladıb: oğlan bardan çıxaraq öz "Mercedes" markalı maşınına əyləşib və bu zaman ona üç nəfər hücum edib. Onlar zərərçəkəni maşından çıxararaq döyməyə başlayıblar, daha sonra isə bıçaqlayıblar.
"Onlar kiminsə bunu görəcəyindən, onları dayandıracağından çəkinmirdilər. Orada hər yerdə kamera var", - deyə hadisə şahidi məlumat verib.
"Dumskaya" nəşri yazır ki, öldürülən şəxs uzun müddətdir Ukrayna vətəndaşı olsa da, əslən Azərbaycandandır./report/
Oxunub: 797
Oxşar xəbərlər
- Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
- Ukraynada növbədənkənar seçkilər olmayacaq - Poroşenko
- Ukraynada dəhşətli yanğında ölən azərbaycanlılardan XƏBƏR VAR
- Ukraynada 4 azərbaycanlı diri-diri yandı
- Ukraynada deputatlar arasında dava - Biri nokauta düşdü (VİDEO)
- Ukraynada daha bir azərbaycanlı gənc oğurlandı
- Ukraynada azərbaycanlı döyülüb
- Ukraynada azərbaycanlı sürücü döyülüb
- Ukraynadan Azərbaycana toyuq əti gətirənlərə cinayət işi açıldı
- Ukraynada kəşfiyyat rəhbəri öldürülüb