İntihara cəhd- Bakıda


18:35     02 İyun 2015 img1491188.jpg


Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılıb, intihara cəhdin qarşısı alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 739