Ərdoğanın çıxışı zamanı qalmaqal- Cangüdənlər işə qarışdı (VİDEO)


00:57     08 Fevral 2016 erdogan3.jpg


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvadora səfəri qalmaqalla bitib.

ANS PRESS-in məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı xoşagəlməz hadisə baş verib.

Zalda əyləşən bir neçə qadın gözlənilmədən prezidentin istefasını tələb ediblər. Prezidentin mühafizəçiləri isə qadınlara qarşı güc tətbiq edərək bayıra çıxarıblar.

Hadisədən sonra Türkiyənin Ekvadordakı səfiri Korkut Güngen bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri qəbul edən Xarici İşlər nazirinin müavini Fernando Yepez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı baş verən xoşagəlməz hadisələrə görə üzr istəyib.
Nazirlik rəsmisi Türkiyə təhlükəsizlik qüvvələrinin Ekvador vətəndaşlarına qarşı zor tətbiq etdiyini də səfiri diqqətinə çatdırıb. Nazir müavini hadisə ilə bağlı rəsmi Ankaradan açıqlama gözlədiklərini qeyd edib.




Açar sözlər:

Oxunub: 4235