Ruhanidən qadınlarla bağlı gözlənilməz Açıqlama


03:35     08 Fevral 2016 Hassan-Rouhani-012.jpg

İran Prezidenti Həsən Ruhani qadınları siyasətdə aktiv iştirak etməyə çağırıb.

Tehranda keçirilən qadın konfransına qatılan prezident ölkədə cinsi bərabərliyin vacib olduğunu deyib.

İran prezidentinin sözlərinə görə, ailədə uşaq yetişdirmək qadınlarla bərabər, həm də kişilərin vəzifəsidir.

`Bir ölkə əhalinin 50%-ni təşkil edən qadınlara şərait yaratmadan necə inkişaf edə bilər? İranda feminist fikirləri təmsil edə bilmərik. Ancaq İran daş dövründə ilişib qalmayıb. Qadınlar siyasətdə aktiv iştirak etməlidir. Ölkədə qadınlar hələ də lazımi statusa sahib ola bilməyib. Bu sahədə çalışmalıyıq`, - Ruhani qeyd edib.

İslam ölkəsi rəhbərinin qadınlara kişilərlə müqayisədə bərabər hüquq verməsi dünya ictimaiyyəti tərəfindən gözlənilməz addım kimi qiymətləndirilib.

Açar sözlər:

Oxunub: 1408