Nazim Hikmət Ocağı ticarət mərkəzi olur


18:44     02 İyun 2015 nazim2.jpg

Nazim Hikmət Vəqfi buna etiraz etmək üçün şairin ölüm ildönümü münasibəti ilə aksiya keçirəcəyi çağrışı edib.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nazim Hikmət Fondu, icarəçisi olduğu 116 illik tarixi binasından digər icarədarlarla birlikdə çıxarılır.

20 ildir ki, fəaliyyətini İstanbul Bəyoğlu ərazisində yerləşən tarixi binasında davam etdirən Nazim Hikmət Fondundan verilən açıqlamada binanın ticarət mərkəzi olacağı deyilib. Vəqif sözügedən proseslərə etiraz etmək üçün Nazim Hikmətin 52-ci ildönümü münasibəti ilə 3 İyun 2015 günü saat 11:00 də bütün Nazim Hikmət sevərləri və ictimaiyyəti əllərində qırmızı qərənfillərlə binanın önündə toplaşmağa çağırıb.

Açar sözlər:

Oxunub: 677