22 kişini öldürdü, siyasətə qoşuldu – Dünyanın ən qəddar qadınları


15:08     08 Fevral 2016 folan%20devi2.jpg

Bir çoxları dünyada ən qəddar cinayətkarın “qarındeşən” ləqəbli Cek olduğunu düşünür. Ancaq tarixdə elə qatillər olub ki, Cek onların yanında bir sönük qalar. Üstəlik onlar kişi yox, qadındırlar...


Dünyanın ən qəddar 10 qadınını və onların işlədiyi cinayətləri təqdim edirik:



Vilyam Din bu günə qədər Yeni Zelandiyada ölüm cəzasına məhkum olunmuş yeganə qadındır. O, asılaraq edam olunub. 1800-cü illərdə evlilikdən kənar hamilə qalan qadınlara qarşı mənfi təəsürat var idi. Buna görə də, həmin qadınlar öz uşaqlarını gizli şəkildə böyüdərdilər. Daha dəqiq desək, pul qarşılığında öz övladlarını dayələrə etibar edərdilər. Vilyam Din də belə dayələrdən biri idi. Lakin Vilyam Din bu uşaqları böyütmək yerinə elə ilk fürsətdəcə öldürərdi. Qadın bu yolla onlarla körpə uşağın ölümünə səbəb olmuşdu.



Yaşlı bir qadın olan Dorotey Puenta mehmanxana işlədərdi. O, müştərilərini səssiz şəkildə öldürüb imzalarını təqlid edərək onlara gələn pulları mənimsəyərdi. Müştərilərin nə telefonla danışmasına, nə də poçta baxmasına heç vaxt icazə verməzdi. Müştərilər isə daha çox şizofren xəstələri və spirtli içki aludəçiləri olardı. Puenta onlara gələn pulları mənimsəyərək özünə lüks həyat yaratmışdı. Mehmanxananın həyətində qazma işləri aparılarkən oradan xeyli sayda insan skeletləri aşkar olunmuşdu. Məhkəmə qarşısına çıxarılan Puenta əməlindən peşman olmadığını dilinə gətirdi. O, ömürlük həbs cəzasına məhkum olundu.



Karlo Homolka silsilə cinayətlər törədən kanadalı qadındır. Gənc qızlara təcavüz etdikdən sonra öldürən əri Paul Bernardoya yardım etdiyi üçün təqsirli bilinmiş və bir anda dünya gündəminə gəlmişdi. Qurbanların arasında bacısı Tammy Homolkanın da olması Karlonun nə qədər azğın qatil olduğunu göz önünə gətirirdi. Karlo ərinin törətdiyi silsilə cinayətləri lentə alardı. Sonradan bu kadrlar onun əleyhinə sübut kimi istifadə edildi. Kanada hakimiyyəti bu kadrları məhv etməyə çalışsa da, bəzilərinin internetə sızmasına əngəl ola bilmədi. Maraqlısı ondan ibarətdir ki, Karlo 12 il həbs həyatı yaşadıqdan sonra 2005-ci ildə azadlığa çıxdı. Hazırda o, Baham adasında yaşayır.



Özünü elm adamı hesab edən rumınyalı Yelena Çauşesko həm də kommunist lider Nikolay Çauşeskonun arvadı olub. O, qadınlara doğum kontrolu etməyi qadağan etmişdi. Nəricədə, 1970-80-ci illərdə doğumların sayı ciddi şəkildə artdı. Buna görə də ölkə səviyyəsində standartlara uyğun olmayan uşaq evləri yaradıldı. Ölkənin səhiyyə naziri olduğu dönəmdə o, Rumınyada QİÇS xəstəliyinin olmadığını bildirmişdi. Sonradan bu açıqlama ölkədə QİÇS epidemiyasının ciddi şəkildə yayılmasına səbəb oldu. Bütün bu hərəkətlərinə görə Yelena Çauşesko edam cəzasına məhkum olunur.



Birinci Yelizaveta minlərlə katolikin öldürülməsi əmrini verən qadındır. O, katolikliyi yox etmək istəyirdi. Bu vəhşiliklə bərabər o, Şotlandiya kraliçası Meriya Stüartı həbs etmiş, 19 il həbsdə saxladıqdan sonra edam etdirmişdi. Birinci Yelizaveta İngiltərədə kölə ticarətinin genişlənməsinə şərait yaratmışdı.



Maribet Tininq 1972-1985-ci illər aralığında səkkiz doğma, bir ögey övladını amansızcasına qətlə yetirib. Övladlarını öldürdüyü vaxt heç kəs onu günahkar hesab etməmişdi. Elə zənn edilirdi ki, uşaqlar irsi xəstəliyə görə vəfat edirmiş. O, məhkəmədə uşaqlarını boğaraq öldürdüyünü boynuna almışdı. Tininq 20 il həbs cəzasına məhkum edilir.



Əri Fredlə birlikdə 12-dən çox gənc qadına işgəncə vermək və öldürməkdə günahlandırılan Rozemari Vest dünyanın ən azğın qadın qatillərindəndir. Fred 13 yaşlı qızını 3 dəfə zorladıqdan sonra Rozameri də şübhəli kimi saxlanılır. Rozameri əri Fred ilə birlikdə gənc qızları qaçırdaraq onlara olmazın işgəncələr verər, sonra isə öldürərdi. Rozameri homoseksual qadın idi. O, qurbanları ilə öz tərzinə uyğun cinsi əlaqədə olardı. Rozameri bu günə qədər İngiltərədə ölüm cəzasına məhkum olunmuş iki qadından biridir(digəri isə Mira Hindleydir).



Folan Devi bir vaxtlar siyasətlə məşğul olan hindistanlı soyğunçu qadındır. 1970-ci illərdə cinayətkar dəstə tərəfindən qaçırılan Devi dəstə üzvləri tərəfindən təcavüzə məruz qalır. O, intiqam almaq üçün bu dəstəyə üzv olur. Bir dəfə o, dəstə üzvləri olan 22 kişini Behmaidə bir evə salır və hamısını öldürür. Bu hadisədən sonra həbs olunan Devi 11 il həbs cəzasına məhkum olunur. O, həbsdən çıxdıqdan sonra siyasətə qoşulur. Vəzifədən sui-istifadə etdiyinə görə yenidən məsuliyyətə cəlb olunan Devinin siyasi karyerası sona çatır. 1998-c ildə İngiltərə Parlamenti tərəfindən Nobel sülh mükafatına namizəd kimi təqdim edildi. Devi 2001-ci ildə Behmaide törətdiyi cinayətin intiqamını almaq istəyən bir kişi tərəfindən qətlə yetirildi.



Delfin Lalaire Yeni Orleansda yaşayan sadist bir sosialist idi. Onun yaşadığı ev illərlə dəhşət otağı hesab olunub. 10 aprel 1831-ci ildə Lalairenin evində yanğın baş verir. Yanğını söndürülərkən sobaya bağlanmış iki kişi aşkar olunur. Sonradan məlum olur ki, bu iki kişi həmin qadının zülmündən xilas olmaq üçün yanğını qəsdən törədiblər. Evdə işgəncəyə məruz qalanlardan çoxu artıq ölmüşdü. Ayaqları və qolları kəsilmiş vəziyyətdə olan qurbanları daha çox idi. O, qurbanlarına dəhşətli işgəncə verməzdən əvvəl onların ağzını tikərdi. İşgəncələrdən sağ qurtulanlar isə ağrılarının şiddətinə görə həkimlərdən onları öldürməsini xahiş etmişdi.



Jiang Qinq Çinin kommunist lideri Mao Tszenin arvadı idi. O, 500 min insanın ölümünə səbəb olmuşdu. Bəzi mənbələr hətta onun 3 milyon insanın ölümünə səbəb olduğunu deyir. Çin Mədəni İnqilabının arxasındakı əsas güc olaraq görülürdü. Mədəni İnqilab əsnasında, bir çox iqtisadi fəaliyyət dayandırılmış, və saysız antik abidələr, əsərlər, kitablar və tablolar məhv edilmişdi. 10 illik Mədəni İnqilabın nəticəsində, bir çox ziyalı əsir düşərgələrinə göndərilmiş və buna görə təhsil sistemi ciddi zərərlərə uğramışdı.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 11265