Ermənistanda hərbi maşın aşdı


19:10     02 İyun 2015 img1827170.jpg

Ermənistanın Sisiyan rayonunun Anqexakot kəndi yaxınlığında Müdafiə Nazirliyinə məxsus “Ural” avtomobili aşıb. Femida.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin sözçüsü Artsun Ovannisyan qəza ilə bağlı faktı təsdiqləyib.

Onun sözlərinə görə, hadisə zamanı maşındakı 20 əsgərdən 3-ü müxtəlif dərəcəli xəsarət alıb.

Açar sözlər:

Oxunub: 761