Gəncədə tapılan silah Sürət Hüseynovun dostuna məxsus olub


18:45     08 Aprel 2015 suret_huseyn.jpg

Gəncə şəhər sakini tapdığı odlu silahı və vasitələrini polisə təhvil verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində yaşayan Bahar İsmayıllı evinin çardağından tapdığı 1 ədəd "AKSU" markalı avtomat silahı, 155 ədəd müxtəlif çaplı patronu və 4 ədəd patron darağını könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə təhvil verib. Araşdırmalar zamanı evin əvvəllər İlqar Səfixanova məxsus olması müəyyən edilib.

Qeyd edək ki, İlqar Səfixanov vaxtilə sabiq Baş nazir Surət Hüseynovun yaxın adamlarından biri olub və 1994-cü il hadisələrindən sonra bir müddət məhkumluq həyatı yaşayıb.

Femida.az 

Açar sözlər:

Oxunub: 1476