Baş prokurorluq sahibkarlara xəbərdarlıq etdi


21:35     08 Fevral 2016 0ssssfd8.jpg

"Manatın məzənnəsində baş verən dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham İlham Əliyevin verdiyi göstərişlərə uyğun tədbirlər həyata keçirilir".


Femida.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təsdiq edilən birgə Tədbirlər Planına müvafiq olaraq bu kimi hallara qarşı təxirəsalınmaz qabaqlayıcı, inzibati, habelə istintaq-əməliyyat tədbirləri keçirilir və görülən tədbirlər barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə mütəmadi məlumatların verilməsi təmin edilir. Bundan sonra da bu qəbildən olan bütün neqativ hallara qarşı ən kəsərli tədbirlər görüləcək", - E.Sultanov vurğulayıb.

Açar sözlər:

Oxunub: 966