“Hacıbala Abutalıbov kimə şikayət edəcəyini bilmirsə, biz nə edək?”


20:26     02 İyun 2015 3573.jpeg

“Müstəntiqin məsuliyyətsizliyi, məsələyə nikbin yanaşması, bəlkə də həqiqəti bilib gizlətməsi məni hövsələdən çıxarmaq üzrədir”.

Bunu bir müddət əvvəl evində oğurluq baş verən ilahiyyatçı Elşad Miri deyib.

Zərərçəkən deyib ki, məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına müraciət edib: “Yalnız Daxili İşlər Nazirliyinə göndərdiyim müraciətə cavab gəlib. Onlar hadisə ilə bağlı təhqiqatın gücləndirildiyini iddia etdilər, vəssalam. Hazırda ölkə başçısına müraciət etməyi hazırlaşıram”.

Elşad Miri bu müraciəti aylar keçməsinə baxmayaraq, ortada hər hansı nəticə olmaması ilə əsaslandırıb: “Müstəntiq Elnur Məmmədova zəng vuranda “yaxınım vəfat edib”, “xəstəyəm, əməliyyat olunmuşam”, “danışmaq imkanım yoxdur” və digər belə bəhanələr sadalayır. Mənə maraqlıdır, vaxtı yoxdursa, hansı səbəbdən işi özündə saxlayır? Versin başqa müstəntiqə.

Məndə xüsusi olaraq bu işi araşdırmaq istəmirlər kimi fikir formalaşıb. Hadisə yerində o qədər ip ucları olsa da, şübhəli qismində saxlanılan belə, yoxdur. Hadisədən əvvəl mənə edilən təhdiddən dolayı oğurluğun xüsusi sifariş olması ehtimalı da var. Nədənsə “narahat olmayın” deyərək məsələni ört-basdır edirlər”.

İlahiyyatçı ümidini üzdüyünü də dilə gətirib: “Mən artıq ümidimi üzmüşəm. Əgər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qardaşı nəvəsinin ölümü ilə bağlı kimə şikayət edəcəyini bilmirsə, biz nə edək? Beləcə, insanlarda yanlış fikir formalaşmasına səbəb olurlar. Bu gedişlə isə mənə reallığı qəbul etdirməyə çalışırlar”.

Elşad Mirinin Biləcəri qəsəbəsində yerləşən evində baş verən oğurluq nəticəsində ona 50 min manatdan çox maddi ziyan dəyib. Oğurluq hadisəsindən 1 həftə əvvəl ilahiyyatçı ölüm təhdidi aldığını açıqlayıb.

Açar sözlər:

Oxunub: 654


Oxşar xəbərlər