Qadın öz yas mərasiminə qatıldı
13:41 09 Fevral 2016
Avstraliyanın Melburn şəhərində maraqlı "cinayət" hadisəsi baş verib.
Ərin arvadını öldürtmək üçün tutduğu qatillər bu fikirdən daşınıb. Belə ki, Noela Rukundo adlı qadını öldürməsi üçün əri Belenga Kalala muzdlu qatil sifariş edib. Ancaq killerlər qadının qardaşını tanıdıqları üçün prinsip olaraq qadına zərər verməkdən boyun qaçırıblar. Lakin cinayət əməlini törətmələri üçün onlara ödənilən məbləğdən imtina edə bilməyən qatillər qadının ərinə onu öldürdüklərini söyləyiblər.
Hər kəsə arvadının öldürüldüyünü bildirən ər onun üçün yas mərasimi təşkil edib. Rukundo da bu yas mərasiminə qatılmağı qərara alıb. Öz yas mərasiminə gəlməyi qərara alan arvadını gözləri önündə görən ər heyrət içinə ona baxaraq “gözlərimə inana bilmirəm bu bir ruhdurmu?", - deyə qışqırmağa başlayıb. Qadın isə soyuqqanlılığını qoruyaraq “Supriz, mən hələ həyatdayam”, - deyə ərinə cavab verib.
Rukundonun BBC-yə verdiyi müsahibədə ərinin inanması üçün onun əlinə toxunduğunu deyib. Kalalanın dəfələrlə üzr istəməsinə baxmayaraq qadın polisə xəbər verərək, ərinin həbs edilməsinə nail olub. Kalala 9 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az
Oxunub: 1546
Oxşar xəbərlər
- Qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi
- Qadın ağrıkəsici dərmandan zəhərləndi
- Qadının başını qırxıb qabırğasını sındırdılar - (VİDEO)
- Qadın məhkəmə zalından həbs edildi
- Qadın qulluqçu işlədiyi evdən oğurluq etdi
- Qadını vurub qaçan sürücü tutuldu
- Qadın İrandan Azərbaycana alt paltarında narkotik keçirmək istədi
- Qadın özünü su kanalına ataraq intihar edib
- Qadını maşınla vurub qaçdı
- Qadın çantaları oğrusuna 10 il hökm oxundu