“Dünyamızın sevgiyə ehtiyacı var” - Kamal Abdulla


20:12     09 Fevral 2016 1fd08b03067fb8373a133cbb7d0c43a317.jpg

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev “Qış məktəbi”nin iştirakçıları ilə görüşüb.


K. Abdullayev bildirib ki, “Qış məktəbi” “Yay məktəbi”nin uğurlu nəticələrinə əsasən təşkil edilib: “Azərbaycan prezidenti İlham Əliyev “Yay məktəbi”nin nəticələri ilə tanış olduqdan sonra bildirdi ki, biz hökmən “Qış məktəbi”ni təşkil etməliyik. Ümid edirəm, yayda yenidən sizinlə görüşəcəyik. Sizin Azərbaycandakı dostlarınızla əlaqələriniz davam edəcək. Dünyada mərhəmətə, sevgiyə, hörmətə böyük ehtiyac var. Bu il Azərbaycanda multikulturalizm ili elan olunub. Bununla Azərbaycan prezidenti bütün dünyaya mesaj göndərdi ki, Azərbaycanda multikultural dəyərlər son dərəcə mühüm yer tutur. İnanıram ki, bu günlər ərzində siz bu dəyərlərə əyani şəkildə şahid olacaqsınız”.

Qeyd edək ki, Bakı Multikulturalizm Mərkəzinin “Qış məktəbi”nə Azərbaycanla yanaşı, Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Litva, Almaniyanın ali məktəblərinin tələbələri və xarici mütəxəssislər qatılıb./apa/

Açar sözlər:

Oxunub: 792