Zərgər köşkü yanıb


21:15     02 İyun 2015 16169742.jpg

Bu gün Bakı şəhəri, Səbail rayonunda zərgər köşkü yanıb.

Femida.az-ın məlumatına görə, Zərifə Əliyeva küçəsi 3 ünvanında (Mərkəzi Univermağın yaxınlığı) “Soyuqdağ” MMC-yə məxsus olan köşkdə yanğın başlayıb. Məmmədov Rəhim Qulu oğluna məxsus zərgərlik obyektinin bir hissəsi yanıb. Köşkün qalan hissəsi və bitişik tikililər yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Hadisənin səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 777


Oxşar xəbərlər