Qonşusunu baltalayanlara hökm oxundu


21:28     09 Fevral 2016 77deb565-bcfb-49a7-9365-50d89eb7f1db%20(1)2.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı Nihad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi üzrə məhkəmə başa çatıb.


Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü ilin noyabrında 1991-ci il təvəllüdlü Nihad İsmayılov evinin hamamında baltalanaraq qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, öldürülən şəxsin qonşuları 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub.

Açar sözlər:

Oxunub: 702