Piyadanı vurdu və qaçdı


13:04     10 Fevral 2016 piyada_olumu_2337.jpg

Hadisə Şəmkir rayonun Bayramlı kəndində baş verib.


Femida.az xəbər verir ki, Şəmkir rayon Bayramlı kənd sakini 41 yaşlı Cəmilə Ələsgərova yolu keçmək istiyərkənonu avtomobil vurub. Yaralı dərhal rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Cəmilə Ələsgərovanı vuran sürücü isə hadisə yerindən qaçıb. Sürücünün tapılması istiqamətində axtarışlar aparılır.

Açar sözlər:

Oxunub: 1141