Təzə bəy kreditə görə özünü yandırdı - YENİLƏNİB


15:01     10 Fevral 2016 1439384157.jpg

Bakıda intihar hadisəsi baş verib.


Zirə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 23 yaşlı Taleh Hümbət oğlu Ömərli üzərinə benzin tökərək özünü yandırıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

T.Ömərli xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Prokrorluğunda araşdırma aparılır.

***

Verilən məlumatlara görə, T.Ömərli bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Maddi baxımdan problemləri olan 23 yaşlı Taleh ailəyə baxa bilmirmiş, bundan başqa onun banka da kredit borcu varmış.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1476