İlham Əliyev baş nazirin müavinini qəbul edib
22:12 02 İyun 2015
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev Yanuş Pexoçinskinin Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransında iştirakını ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, investisiya qoyuluşu, ticarət və digər sahələrdə bundan sonra da fəal şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski qeyd etdi ki, o, ölkəmizə səfərindən və müasir dünyada gedən prosesləri dərindən bilən siyasi xadim - Azərbaycan Prezidenti ilə görüşməkdən məmnunluq duyur. Yanuş Pexoçinski ölkəsinin və özünün Avropa İttifaqında dövlətimizin başçısı tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəklədiklərini dedi. O, əldə olunan böyük nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi Polşa Hökuməti adından təbrik etdi.
Görüşdə Azərbaycan ilə Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Oxunub: 626
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir