Özünü yandıran müəllimə öldü - Ağcabədidə


15:05     10 Fevral 2016 hastane_hospital_070315.jpg

Ağcabədi rayonunda 10 gün əvvəl özünü yandıran qadın dünyasını dəyişib.


1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı fevralın 9-da müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə fevralın 1-də Ağcabədi şəhərində qeydə alınıb. Şəhər sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Zərnişan Şəfayət qızı özünü yandırıb. Qadının vəziyyətinin ağır olduğundan müalicə üçün Bakıya göndərildiyi bildirilirdi.

Z. Ələkbərova Ağcabədi rayonunda yerləşən 14 saylı orta məktəbin müəlliməsi olub.

Açar sözlər:

Oxunub: 1288