Əfqanıstanda “Taliban”a zərbə: 44 ölü, 23 yaralı


22:38     02 İyun 2015 copyright_aabadoluajansi_2015_20150602122458.jpg

“Taliban” terror təşkilatına qarşı Əfqanıstan təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirib.

Belə ki, ‘‘Taliban’’a qarşı əməliyatlarda 44 silahlı öldürülüb, 23 üzvü də yaralanıb.
Femida.az-ın məlumatına görə, Əfqanıstan Müdafiə Nazirliyi bildirib ki, Talibana 8 fərqli şəhərdə əməliyyat təşkil edilib. 24 saat davam edən əməliyyatda çox sayda silah və bomba zərərləşdirilib.

Qeyd edək ki, əməliyyatlar nəticəsində 8 əfqan əsgəri də dünyasını dəyişib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 750