Bakıda iki qadını maşın vurdu


18:22     10 Fevral 2016 f09588ffa5c2c1f233a7e2849c4e164818.jpg

Bakıda iki piyadanı maşın vurub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 9-da saat 21 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakinləri Əntiqə Məhərrəmova və Sədaqət Aslanova vurulublar.

Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Açar sözlər:

Oxunub: 1003