Fransız bəstəkarı Xocalı ilə bağlı əsər yazıb


22:52     02 İyun 2015 705207f41616.jpg

Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında “Xocalı -613” əsərinin təqdimatı keçiriləcək.


Fransız bəstəkarı və “L’Amoureux » orkestrinin bədii direktoru Pyer Tiluanın iyun ayının 5-də Bakıda Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında “Xocalı -613” əsərinin təqdimatı keçiriləcək.

Fransada və digər Avropa ölkələrində artıq bir neçə dəfə ifa olunmuş bu əsərin yaranma tarixi barədə bəstəkar Pyer Tilua fikirlərini bölüşüb. O, Azərbaycana ilk dəfə 2001-ci ildə səfər etdiyini və bu səfər zamanı Xocalı soyqırımı barədə eşitdiyini, bu faciəli hadisələrdən çox təsirləndiyi bildirib. P.Tilua “Xocalı – 613” əsərinin 1992-ci il fevralın 25-dən 26-a keçən gecə qətlə yetirilmiş 613 dinc Xocalı sakininin xatirəsinə həsr olunduğunu qeyd edib. O, bu əsərin sülhə və bir daha belə faciələrin törədilməməsinə bir çağırış olduğunu vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 962