74 yaşlı qadına qarşı 75 min dollarlıq dələduzluq


19:11     10 Fevral 2016 yasli_qadin_077.jpg

Bakı şəhər sakininə qarşı dələduzluq edilib.


Femida.az xəbər virir ki, 74 yaşlı Məmmədova Sona Ələkbər qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 2008-ci ildə İldırım adlı şəxsin onun Azadlıq prospekti ev 14/170-də yerləşən mənzilini girov qoyaraq "Unibank" ASC-dən 75 min ABŞ dolları pul götürdüyünü deyib. O bildirib ki, həmin şəxs bankın pulunu qaytarmır. Bu səbəbdən də bank qadının mənzilini əlindən ala bilər.

Açar sözlər:

Oxunub: 1121