Qubada silah-sursat tapıldı


19:26     10 Fevral 2016 55889255.jpg

Quba rayonunda narkotik vasitə və silah-sursat aşkarlanıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarvan kəndində Quba rayon sakini Sədrəddin Dadaşovdan 1 kiloqram 644 qram tiryək, 2 kiloqram 465 qram marixuana, nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 905