Nardarandan xəbər var


00:31     11 Fevral 2016 nardaran-bu-gn-foto_81.jpeg

Nardaranda yerləşdirilmiş polis postlarının böyük əksəriyyəti yığışdırılıb.

Femida.az xəbər verir ki, bu barədə APA-ya yerli sakinlər məlumat veriblər. Sakinlərin sözlərinə görə, hazırda qəsəbənin yalnız giriş və çıxışında postlar qalmaqdadır. Qəsəbənin içərisindəki polis postları isə artıq götürülüb.

Nardaran təhlükəsizliyə nəzarət edən Daxili Qoşunların da bir hissəsi qəsəbədən çıxarılıb.

Sabunçu rayon Polis İdarəsindən bildirilib ki, hazırda qəsəbədə sakitlik hökm sürür və əməliyyat şəraiti tam nəzarət altındadır.

Qeyd edək ki, ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub. Polisə müqavimət göstərən 4 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla dəstənin xeyli sayda üzvü həbs edilib.

Hadisədən sonra Nardarana Daxili Qoşunların qüvvələri yerildilib, qəsəbədə çoxlu sayda polis postu qoyulub.

Açar sözlər:

Oxunub: 1378


Oxşar xəbərlər