Nəvəsini amansızlıqla öldürən baba danışdı (VİDEO)


02:23     11 Fevral 2016 104921.jpg


Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatları məlum olub. ANS TV-nin məlumatına görə, nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəbləri barədə açıqlama verib.

Ağdam rayon sakini, 71 yaşlı Bayramov Rafiq Əkbər oğlu 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rafiq Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib.

O, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rafiq Bayramov əlini qana bulamalı olub.

“Mən şəhid ailəsindənəm. Nəvəm həmin gecə məni və ailəmi təhqiramiz söyüşlərlə təhqir etdi. Mən də səbrimi cilovlaya bilmədim”, - deyə baba əlavə edib.



Açar sözlər:

Oxunub: 2361