Bələdiyyələr də yarmarka təşkil edəcək


13:07     11 Fevral 2016 67267087.jpg

Hər zaman Kənd Təsərrüfati Nazirliyinin dəstəyi ilə keçirilən yarmarkaların sırasına indi bələdiyyə yarmarkaları da daxil olacaq. Yeni yarmarkalar ilk olaraq Binəqədi rayonunda açıla bilər.


Bu yarmarkaların digər kənd təsərrüfatı satış mərkəzlərindən bir sıra üstünlükləri də olacaq. Bakıda bələdiyyə yarmarkaları fəaliyyət göstərəcək. İlk belə yarmarka Binəqədi rayonunda açılacaq.

Yarmarkalarının bələdiyyələrin daxili büdcəsi hesabına inşa edilməsi planlaşdırılır. Bir sıra ölkələrdə mövcud olan bu təcrübə ilk növbədə fermerlərin məhsulu asanlıqla satışa çıxarmasına kömək edəcək.

Binəqədi rayonundakı bir sıra bələdiyyələr artıq Gədəbəy, Şəmkir və İsmayıllı fermerləri ilə məhsullarını yeni yarmarkalara gətirmək üçün razılığa gəlib. Bələdiyyə yarmarkalarında digər yarmakalardan fərqli olaraq qiymətlər daha ucuz olacaq.

Bələdiyyə yarmarkalarını fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri də bütün məhsulların yerli istehsal olmasıdır.

Açar sözlər:

Oxunub: 1423