Macarıstan Avropa İttifaqından ayrıla bilər


23:46     02 İyun 2015 Jean-Claude-Juncker2.jpg

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ölkədə ölüm hökmünü bərpa etmək istəyən Macarıstanın baş naziri Viktor Orbana sərt tənqid edib.

Femida.az xəbər verir ki, Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində Avropa Komissiyasının prezidenti “Macarıstan bunu edərsə, Avropa İttifaqından ayrılmasına səbəb olar”-deyə bildirib.

Jan-Klod Yunker ölüm hökmünü bərpa edən bir ölkənin Avropa Birliyində yerinin olmadığını deyib.

Xatırladaq ki, Avropa İttifaqına 2004-cü ildə üzv olan Macarıstanda edam cəzası 1990-cı ildə kommunizmin süqutundan az sonra ləğv edilib. Ölkədə aprel ayında işlənən bir sıra cinayət hadisəsindən sonra Macarıstanın Baş naziri Viktor Orban edam kimi ağır cəzaların yenidən tətbiq edilməsinin lazım olduğunu söyləyib.

Onuda deyək ki, Jan Klod Yunker Yunanıstan və İngiltərənin də Avropa Birliyi üzvlüyü məsələlərinə toxunub. Yunanıstanın İttifqdan ayrılma ehtimalının olmadığını, sadəcə bugünkü real vəziyyətini "Yunanıstanın bacarıqsızlığı" olaraq ifadə edib. Eyni zamanda, heç ingilislərin də İttifaqdan ayrılmaq istəmədiklərinə inandığını vurğulayıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 729