Şəmkirdə avtomobil körpüdən aşdı - Yaralı var


13:58     11 Fevral 2016 1449033860_2.jpg

Bakı-Qazax avtomagistralının Şəmkir rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, rayonun Yuxarı Seyfəli kənd sakini 42 yaşlı Atabəy Qurbanəliyev idarə etdiyi avtomobillə hərəkətə olarkən Könüllü kəndinin yaxınlığından keçən körpüdən maşını çaya aşırıb.

Ağır bədən xəsarətləri alan zərəçəkən yoldan keçən insanların köməkliyi ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənini vəziyyəti ağır qiymətləndirilir. Hadisənini hanıs şəraitdə baş verməsini polis araşdırır.

Açar sözlər:

Oxunub: 940