Bakıda qadını faciəvi şəkildə öldürdülər


14:11     11 Fevral 2016 1453188004_lgjutdwd.jpg

Bakıda qətl törədilib.


Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyitinin aşkar edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.

Araşdırmalar zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.

Hadisənin kimin və kimlər tərəfindən törədilməsi hələlik məlum deyil.

Məlumata görə, hadisə baş verən mənzil öldürülən qadının tanışlarına kirayəyə verilibmiş.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa/

Açar sözlər:

Oxunub: 1093