Dövlət Əmək Müfəttişliyi məhkəməni uduzdu


14:59     11 Fevral 2016 sud600_default7.jpg

Bir neçə gün əvvəl Dövlət Əmək Müfəttişliyi "Nokia Solutions and Networks Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunu məhkəməyə verib.


Femida.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Dövlət Əmək Müfəttişliyinin şikayəti əsasında məhkəmə prosesi başa çatıb və məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, müfəttişlik şirkətin direktoru Çili Mehmet Ozanın barəsində İnzibati Xətalar Məcəlləsinin 54.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib. Lakin Çili Mehmet Ozan həmin qərarın müddətinin keçdiyini əsas gətirərək qərara xitam verilməsini istəyib. O, bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin edib. Qərarla razılaşmayan müfəttişlik isə apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 1050