Öldürülən qadın həkim olub - YENİLƏNİB


15:09     11 Fevral 2016 1452492809_tbkqrs1y2.jpg

Ağcabədi rayonunda qətlə yetirilən qadın həkim olub.


Femida.az APA-ya istinadən bildirir ki, qətə yetirilən 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı evdə tək yaşayıb. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadıqları bildirilir.

Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***


Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb.

Rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov-13 ünvanında qətlə yetirilib.

İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən öldürülüb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 1267