DSMF sədri şikayətləri dinləyəcək


15:53     11 Fevral 2016 elman_mehdiyev_23071578.jpg

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fevralın 18-də Sumqayıtda qəbul keçirəcək. Saat 11:00-da Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında keçiriləcək qəbula Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar qatıla bilər.


Fonddan Femida.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34, Sumqayıt şəhər şöbəsində (018) 65-15-15, Abşeron rayon şöbəsində (012) 342-96-06, Xızı rayon şöbəsində (02331) 5-01-64, Qobustan rayon şöbəsində (02024) 5-22-30, Qubadlı rayon şöbəsində (01856)5-41-37.

Qəbulda iştirak edəcək vətəndaşların fevralın 18-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Açar sözlər:

Oxunub: 998