DSX axtarışda olan 375 nəfəri saxlayıb
16:04 11 Fevral 2016
Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Femida.az xəbər verir ki, DSX əməkdaşları yanvar ayında dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfəri saxlayıb. Saxlanılanların 16 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 4 nəfəri Pakistan, 3 nəfəri Özbəkistan, 3 nəfəri İran, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşları olub: `Sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb`.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Yanvar ayının 9-da Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində "Vaz-2015" markalı Az 44-BC-305 dövlət qeydiyyat nömrəli avtomobildə Lənkəran rayon sakinləri, Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşən Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu saxlanılıb. Avtomobilə baxış zamanı 3,9 kiloqram həşiş, 3,7 kiloqram marixuana aşkar edilib.
Yanvar ayının 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu 2 kiloqram həşiş, 1140 qram marixuana, 25 qram heroin, 30 qram tiryəklə saxlanılıblar.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, RPK-74 silahı üçün 1 ədəd daraq, 41 ədəd 5,45 mm-lik patron, 2 ədəd beşbarmaq, 51 600 Azərbaycan manatı, 2 300 ABŞ valyutası, 500 Avropa valyutası, 121 86 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9 968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
Oxunub: 826
Oxşar xəbərlər
- DSX və DİN-dən birgə əməliyyat: xeyli silah götürüldü
- DSX-nın təklifi ilə yeni ixtisas yaradıldı
- DSX rəisi rus generala məktub göndərdi - Qarabağda keçirilən təlimlərlə bağlı
- DSX Xudatda tədbir keçirdi
- DSX-nın strukturunda dəyişiklik edildi - SƏRƏNCAM
- DSX-nin gənc əsgərləri and içib
- DSX-da dini mövzuda seminar keçirilib
- DSX-nın Akademiyasında Qələbə Günü qeyd edildi
- DSX-nin ilk qadın pilotunun xatirəsinə həsr olunmuş VİDEO
- DSX-da müşavirə keçirilib