Dəmiryolunda gediş haqqı artacaq? - Açıqlama


17:25     11 Fevral 2016 1446796211_qgcrybnd.jpg

“Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşımada qiymətlərin qaldırılacağı haqda iddialara aydınlıq gətirib.


Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov azvision.az-a açıqlamasında bildirib ki, hazırda dəmiryolu nəqliyyatında sərnişindaşıma ilə bağlı qiymətlərin artırılması gündəmdə deyil.

N.Əzməmmədov qeyd edib ki, zərurət yaranarsa, qiymətlərə yenidən baxıla bilər: “Hazırda Azərbaycan ərazisində yük və sərnişindaşıma xidmətlərinin qiymətlərində dəyişiklik gözlənilmir. Nazirlər Kabinetinin yeni qərarına əsasən bu səlahiyyət bizə verilib. Buna səbəbi bizim daha çevik tarif siyasətini apara bilməyimizdir”.

Qeyd edək ki, Azərbaycan ərazisində yük və sərnişin daşıma xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənmir. Belə ki, Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib. Qərara əsasən, respublika ərazisində yük və sərnişin daşıma "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ndan çıxarılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 660