1100 nəfər dövlət təminatında yaşayır


17:43     11 Fevral 2016 cq4l2p0vrggioldtetmh7ehm64emek-ve-sosial-mudafie-nazirliyi8.jpg

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1082 nəfər şəxsin stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilir.


ƏƏSMN-dan Femida.az-a verilən məlumata görə, onlardan 320 nəfər sağlamlıq imkanları məhdud uşaq müvafiq olaraq nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 202 nəfər şəxs Müharibə və əmək əlilləri üçün pansionatda, digər şəxslər isə aidiyyəti üzrə sosial xidmət müəssisələrində yaşayırlar. Bu müəssisələrdə yaşayan insanlar daimi olaraq qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması sahəsində də son illərdə məqsədyönlü işlər aparılır. Bu istiqamətdə mühüm tədbirlərdən biri kimi, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 1 saylı və 2 saylı sosial xidmət müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılması təmin olunub. Həmçinin ayrı-ayrı sosial xidmət müəssisələrində əsaslı təmir işləri aparılıb və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Sosial xidmət müəssisələrində yaşayan şəxslərin, eləcə də həmin müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu tədbirlər nəticəsində ötən il sosial xidmət müəssisələrindən ümumilikdə 70 nəfər, o cümlədən 36 nəfər sağlamlıq imkanları məhdud uşaq doğma ailələrinə qayıdıb.

Açar sözlər:

Oxunub: 935