Krediti olan şəxs sosial yardım ala bilər?


18:39     11 Fevral 2016 sosial%20yardim5.jpg


Sosial yardım ailənin hər bir üzvü üçün 105 manat məbləğində müəyyən edilir. Ailənin ümumi gəlirləri hesablanıb həmin məbləğdən aşağı olarsa, ailəyə sosial yardım təyin edilir. Himayəsində 8 yaşına kimi uşaqı olan anadan iş yeri haqqında arayış tələb edilmir.

Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

-sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə. Bu halda “Ünvanlı dövlət sosial yardımı haqqında” AR. Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 2 il müddətinə sosial yardım almaq hüququnu itirir;

-yardım üçün müraciətdən 6 ay əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 5 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və ya alğı-satqı etdikdə;

-ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla);

-ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda;

-ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxıla bilər).

Ailəni təmsil edən şəxs və ya digər ailə üzvü vəfat etdikdə, sosial yardımın ödənilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ödəniş ayından dayandırılır və növbəti aydan sosial yardımın məbləğinə ailənin tərkibi və gəliri nəzərə alınmaqla aşağıdakı qaydada yenidən baxılır:

Başqa səbəbdən ailə üzvlərindən birinin ailəni tərk etməsi və ya ailə üzvlərinin sayının artması ilə əlaqədar (yeni uşağın anadan olması istisna olunmaqla) ailəyə təyin edilmiş sosial yardımın məbləğində dəyişiklik aparılmır. Ailənin tərkibində baş vermiş belə dəyişiklik yalnız ailə sosial yardım üçün təkrar müraciət etdiyi halda nəzərə alınır.



Məhərrəməli Həmidov
Femida.az üçün

Açar sözlər:

Oxunub: 2078