Mirqamət Həsənova hökm oxundu - 7 il


18:44     11 Fevral 2016 1%20(1)50.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mirqamət Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.


Femida.az-ın məhkəmə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə qəsdən sağlamlığa ağır zərbə vurmada təqsirləndirilən M.Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. M.Həsənov kafedə spirtli içki qəbul edərkən orada olan Rəvan Talıbovla mübahisə edib. Nəticədə M.Həsənov R.Talıbovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

Açar sözlər:

Oxunub: 958


Oxşar xəbərlər